İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan və Slovakiya Rusiyaya qarşı sanksiyaları dəstəklədi – 17-ci paketdə gözlənilməz həmrəylik

Macarıstan və Slovakiyanın Avropa İttifaqındakı səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Euractiv” yayıb.

Qeyd olunur ki, adətən Rusiya ilə daha yumşaq mövqe sərgiləyən bu iki ölkə bu dəfə sanksiyaların “nisbi zəifliyinə” görə dəstək veriblər. Yeni paket çərçivəsində Rusiya rəsmilərinə, biznes nümayəndələrinə və şirkətlərinə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək.

Bu addım Aİ daxilində Rusiyaya qarşı birliyin hələ də mövcud olduğunu nümayiş etdirməklə yanaşı, Macarıstanın mövqeyində yumşalma siqnalı kimi də dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR