Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti ilk dəfə olaraq Macarıstanın hərbi kəşfiyyatının casus şəbəkəsini ifşa edib.
Musavat.com xəbər verir ki, Ukraynanın kontrkəşfiyyatı Zakarpattia bölgəsində iki casusu həbs edib.
Şəbəkənin əsas məqsədi, regionun müdafiəsinin zəif nöqtələrini tapmaq, yerli əhalinin reaksiyasını öyrənmək və Macarıstan ordusunun bu əraziyə girməsi halında mümkün təhlükəsizlik boşluqlarını aşkar etmək olub.
Agentlər Macarıstanın hərbi kəşfiyyatının əməkdaşı tərəfindən idarə olunublar və onlara dövlətə xəyanət ittihamı ilə ömürlük həbs cəzası verilə bilər.
Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ