Onlayn ictimai-siyasi qəzet
Prezidenti Emmanuel Makron ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, Makron bu barədə “X” (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edərək, bölgədəki vəziyyətin olduqca təhlükəli və həssas olduğunu vurğulayıb. O, Tehrandan gərginliyi azaltmaq və münaqişənin diplomatik yollarla həllinə qayıtmaq üçün maksimum təmkin nümayiş etdirməsini istəyib.
Yelisey Sarayından verilən açıqlamada bildirilir ki, Fransa prezidenti regiondakı durumu qiymətləndirmək məqsədilə Səudiyyə Ərəbistanının vəliəhdi, Oman sultanı, BƏƏ prezidenti və Qətər əmiri ilə də telefon danışıqları aparıb.
Bundan əlavə, Makronun yaxın saatlarda Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı Fransa Milli Müdafiə və Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirməsi gözlənilir.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ