Onlayn ictimai-siyasi qəzet
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirir və agentliyin müfəttişlərinin gələcəkdə ölkəyə qayıda biləcəyini istisna etmir.
Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi "Fox News" kanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, İran MAQATE ilə işləməyi dayandırmayıb: "Biz onlarla işləməyə davam edirik, obyektlər dağıdıldığı üçün bizə yeni iş proseduru lazımdır. İş prosedurundan asılı olaraq, bu (müfəttişlərin qaytarılması – red.) mümkündür”.
Əraqçının sözlərinə görə, agentlikdən İranın nüvə obyektlərinə baş çəkməklə bağlı hər bir müraciətə ayrıca baxılacaq: “Təhlükəsizlik mülahizələrinə görə, bu, Ali Milli Təhlükəsizlik Şurası tərəfindən diqqətlə nəzərdən keçirilməlidir”.
Qeyd edək ki, iyulun əvvəlində İranda MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun qəbul olunub.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ