İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE nümayəndələri nüvə obyektlərinə buraxılmayacaq 

Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) nümayəndələri Tehrana gözlənilən səfərləri zamanı İranın nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər.

Musavat.com xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bildirib.

O, İranın “Tasnim” xəbər agentliyinə deyib:

“Məclisin qəbul etdiyi qanunlara uyğun olaraq, MAQATE nümayəndə heyətinə, digər xarici müfəttişlər kimi, heç bir halda İranın nüvə obyektlərinə fiziki giriş icazəsi verilməyəcək”.

Deputatın sözlərinə görə, “MAQATE nümayəndə heyəti yalnız İran rəsmiləri ilə texniki məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir”.

Avqustun 4-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, MAQATE nümayəndə heyətinin İslam Respublikasına səfəri 10 gün ərzində baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR