Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Mark Rutte-yə sərt reaksiya verib. Buna səbəb Rutte-nin Ukrayna ilə bağlı son açıqlaması olub.
NATO rəhbəri bildirib ki, guya Rusiya Ukrayna ilə danışıqlara “ciddi nümayəndə heyəti” göndərməyib və oraya “sadəcə bir tarixçi gəlib”.
Zaxarova isə bu bəyanatı açıq şəkildə “abrakadabra” adlandırıb. O deyib:
“Tarixi bilmədən heç bir problemi həll etmək mümkün deyil — yalnız daha da dərinləşdirə bilərsən. NATO rəhbərlərinin savadsızlığı artıq dünyada çoxsaylı qurbanlara səbəb olub.”
Rusiya XİN sözçüsü əlavə edib ki, əslində Ukraynanı “ciddi nümayəndə heyəti” ilə müdafiə naziri Rustem Umerov təmsil edirdi. Zaxarova xatırladıb ki, o, hərbi xidmətdə olmayıb və əvvəllər sadəcə mobil şirkətdə menecer işləyib.
Beləliklə, Zaxarova Mark Rutte-nin bəyanatını həm tarixi, həm peşəkar aspektdən tənqid edərək, NATO-nun Ukrayna məsələsində mövqeyini növbəti dəfə hədəfə alıb.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ