İnsanlara hürriyət, millətlərə istiqlal!

Market çeklərinə bu müddətdən artıq toxunmayın

Market alış-verişi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin kassadan aldığımız kağız qəbzlər (çeklər) sağlamlıq üçün təhlükəli ola bilər.

Bəzi araşdırmalara görə, kağız qəbzə 10 saniyədən çox toxunmaq sağlamlıq üçün risk yarada bilər.

Əksər market çekləri termal kağızdan hazırlanır. Bu kağızların üzərinə yazı istilik vasitəsilə köçürülür və bunun üçün mürəkkəb istifadə olunmur. Lakin bu texnologiya bisfenol A (BPA) və ya bisfenol S (BPS) kimi kimyəvi maddələrdən istifadəni tələb edir. Bu maddələr dəri ilə təmas zamanı bədənə keçə və müəyyən sağlamlıq riskləri yarada bilər.

Əgər çeklərə uzun müddət toxunsanız – xüsusilə də əlinizdə kəsik və ya yara varsa, bu kimyəvi maddələrin dəri vasitəsilə bədənə keçmə ehtimalı artır. Əllə üzə və ya ağıza toxunmaq da bu maddələrin ağız yolu ilə qəbuluna səbəb ola bilər.

Mütəxəssislər çek kağızlarına mümkün qədər az müddətdə toxunmağı məsləhət görürlər. 10 saniyəlik sərhəd kimyəvi maddələrin dəriyə keçmə ehtimalını minimuma endirmək üçün müəyyən olunub.

Market çeklərinə ehtiyac olmadıqda toxunmamaq, onları tez bir zamanda atmaq və əlləri yumaq kimi sadə tədbirlər sizi və yaxınlarınızı potensial zərərli təsirlərdən qoruya bilər.**Metbuat.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR