Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio və digər Amerika rəsmiləri Ukrayna ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Ər-Riyadda açıqlayıb.
ABŞ administrasiyasının rəhbəri Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda deyib: "Adamlarımız orada olacaq. Marko Rubio orada olacaq. Digərləri də orada olacaq. Biz bir iş görə biləcəyikmi, görəcəyik".
Tramp Türkiyədə gözlənilən görüşlərin yaxşı nəticələr verə biləcəyini proqnozlaşdırır: "Danışıqların bu həftənin sonunda, yəqin ki, cümə axşamı günü Türkiyədə keçirilməsi çox vacibdir. Onlar kifayət qədər yaxşı nəticələr verə bilər".
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ