İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Trampın impiçmentini dəstəkləyib

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın impiçment edilməsi ideyasını dəstəkləyib.

“Report” xəbər verir ki, milyarder “X” sosial şəbəkəsində Trampın iqtidardan uzaqlaşdırılması və hakimiyyətin vitse-prezident Cey Di Vensə verilməsi ilə bağlı sualı olan paylaşımı repost edib.

“Bəli”, – deyə Mask paylaşıma fikrini bildirib.

O həmçinin Amerika iqtisadiyyatının “Trampın idxala tətbiq etdiyi rüsumlar səbəbindən ilin ikinci yarısında resessiyaya” uğrayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Tramp ilə yaxın vaxtlara qədər ABŞ Hökumət Səmərəliliyi Departamentinin (DOGE) başçısı vəzifəsini tutan Mask arasında açıq münaqişə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR