İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Cekson öldü, lakin iddiaçılar ondan əl çəkmirlər -400 milyon dollar!

Amerikalı pop-kral, 2009-cu ilə vəfat etmiş Maykl Ceksonu seksual zorakılıqda ittiham edən Ueyd Robson və Ceyms Seyfçak 400 milyon dollar təzminat tələb edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Paris Ceksonun atası Ceksonun irsinin hüquqi xərclərinin məhdudlaşdırılması ilə bağlı müraciətindən sonra 15 sentyabrda təqdim edilən məhkəmə sənədlərində bildirilir.

Sənədlərdə qeyd olunur ki, Ceksonun irsini idarə edən Con Branka və Con Makleyn xəbərdarlıq ediblər: əgər bütün hüquqi xərcləri varis ödəməsə, bu, Robson və Seyfçağın iddialarına qarşı mübarizəni “ciddi şəkildə çətinləşdirəcək”. Onların sözlərinə görə, prosesdə çoxsaylı dindirmələr və digər hüquqi tədbirlər planlaşdırılıb, iddiaçılar isə 400 milyon dollar tələb edirlər.

Robson 2013-cü ildə iddia qaldıraraq, Ceksonun ona 7–14 yaş aralığında zorakılıq etdiyini bildirmişdi. Seyfçak isə 2014-cü ildə məhkəməyə müraciət etmiş və Ceksonun onu 10 yaşında Pepsi reklamında çəkildikdən sonra seksual münasibətə hazırladığını iddia edib.

Hər iki kişi iddialarını HBO-nun 2019-cu ildə yayımlanan “Leaving Neverland” adlı sənədli filmində ətraflı açıqlamışdılar. Buna cavab olaraq, Ceksonun varisi HBO-ya qarşı 1992-ci il müqaviləsini pozduğuna görə iddia qaldırıb. İş 2024-cü ildə nizamlanmış və film platformadan silinmişdi.

Ceksonun varisinin nümayəndələri bir daha bəyan ediblər: “İddia əsassızdır, Maykl günahsızdır”. Robson və Seyfçağın nümayəndələri isə hələ açıqlama verməyiblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR