İnsanlara hürriyət, millətlərə istiqlal!

Medinski niyə elə dedi - Putin niyə belə edir: Rusiyanın Azərbaycana yeni düşmənçiliyi beynəlxalq müzakirələrdə

Britaniyalı və kanadalı siyasi ekspert, ukrayna əsilli tanınmış politoloq Taras Kuzyo Rusiyanı və onun sələfi SSRİ-ni Azərbaycana qarşı separatçılığı dəstəkləməkdə və bölgədə məqsədli şəkildə münaqişələr yaratmaqda ittiham edib.

Musavat.com Minval.az saytına istinadla xəbər verir ki, Kuzyo bu fikirləri Rusiya prezidentinin müşaviri Vladimir Medinskinin son açıqlamasına cavab olaraq səsləndirib.

Politoloqun sözlərinə görə, Moskva 1988–1991-ci illərdə Azərbaycan SSR-də, daha sonra isə 1992–2023-cü illərdə müstəqil Azərbaycanda Ermənistanın separatçı iddialarını açıq şəkildə dəstəkləyib:

“Rusiya hər zaman (xristian) Ermənistanın maraqlarını qoruyub və bu prosesdə Azərbaycana qarşı mövqe tutub.”

Taras Kuzyo — Vikipediya

Taras Kuzyo

Taras Kuzyo bildirib ki, Ermənistan Rusiyanın ilk “mariyonet dövləti” olub. İrəvan Kremlin bölgədəki maraqlarına tam uyğun şəkildə davranaraq öz ərazisində Rusiya hərbi bazalarına yer verib və sərhədlər üzərində faktiki nəzarəti Federal Təhlükəsizlik Xidmətinə (FSB) təhvil verib.

Politoloq əlavə edib ki, Rusiya təkcə Azərbaycanda deyil, postsovet məkanındakı digər ölkələrdə də eyni ssenarini tətbiq edib. Moldovada (Dnestryanı), Gürcüstanda (Abxaziya, Cənubi Osetiya, Acarıstan), Ukraynada (Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye) da məhz Kremlin dəstəyi ilə separatçı rejimlər yaradılıb. Kuzyo bu münaqişələri açıq şəkildə “Moskvanın proksi müharibələri” adlandırıb.

Ekspert Ukrayna misalında bu siyasətin kulminasiyasına diqqət çəkib:

– 2014-cü ildə Krım ilhaq edilib, Donetsk və Luqanskda qondarma rejimlər qurulub,
– 2022-ci ildə isə genişmiqyaslı işğal nəticəsində 4 yeni vilayət anneksiya olunub.

Taras Kuzyo nəticə olaraq bildirib:

“İstər ‘demokrat’ Yeltsin dövründə, istərsə də ‘imperialist millətçi’ Putinin dönəmində Rusiya həmişə SSRİ-dən müstəqil olmuş dövlətlərin düşməni olub.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR