İnsanlara hürriyət, millətlərə istiqlal!

Tuapse limanında zərbə izləri peykdən göründü — "Transneft"in boru kəməri və tanker zədələnib

Ukrayna mediası Tuapse limanına hücumdan sonra çəkilmiş peyk görüntülərini yayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ən azı iki zərbə “Transneft” şirkətinə məxsus neft terminalının boru kəmərinə dəyib, həmçinin bir neft tankeri də zərər görüb.

Hesabatlarda qeyd olunur ki, bu terminal Rusiyanın cənubundakı əsas ixrac mərkəzlərindən biridir və Qara dəniz vasitəsilə ildə 7 milyon tonadək neftin daşınmasını təmin edir.

Ekspertlər bildirirlər ki, hücum Rusiyanın enerji logistikası üçün strateji zərbə hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR