İnsanlara hürriyət, millətlərə istiqlal!

Medinski və Umerov İstanbulda danışıqlardan əvvəl ikitərəfli görüş keçirib

İstanbul danışıqları üzrə Rusiya və Ukraynadan olan nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl ikitərəfli görüş keçiriblər.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.

"Medinski və Umerov arasında ikitərəfli görüş nümayəndə heyətlərinin danışıqları başlamazdan öncə baş tutub və 2,5 saat davam edib", – agentliyin mənbəsi bildirib.

Vurğulanıb ki, nümayəndə heyətlərinin başçıları arasındakı ünsiyyət gələcək danışıqların effektiv kursunu əvvəlcədən müəyyən edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci mərhələsi İstanbulda baş tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR