İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Trampa məhəl qoymamağa çağırıb

“Rusiya Amerika lideri Donald Trampın ritorikasındakı “siyasi yelləncəklərə” əhəmiyyət verməməlidir. Bunun əvəzinə, o, “xüsusi hərbi əməliyyat” da daxil olmaqla, nəzərdə tutulan məqsədləri həyata keçirməyə davam etməlidir”.

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında vurğulayıb.

Medvedyev Trampın Ukrayna ilə bağlı ziddiyyətli bəyanatlarını və Rusiya prezidenti Vladimir Putinlə söhbətlərini dəyərləndirib: “Amerikalı yenidən sevimli siyasi yelləncəklə gedir”.

"Bununla necə davranmalıyıq? Əvvəlki kimi. Əsgərlərimizin etdiyi kimi. Ali baş komandanımızın etdiyi kimi. Xüsusi hərbi əməliyyat məqsədlərinə çatana qədər davam etməliyik. Torpağımızı geri almaq, qələbə qazanmaq üçün çalışmalıyıq”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR