Onlayn ictimai-siyasi qəzet
Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib və məhkəməsinin qərarı dəyişməyib.
Müğənninin vəkili Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Rəqsanə İsmayılovanın həbsdə saxlanılması üçün sübutlar mövcud deyil və o, ev dustlağına buraxılmaq üçün təkrar məhkəməyə müraciət edəcək.
“Zərərçəkmişlərin zərərləri ödənilibmi” sualına isə vəkil “İki epizod üzrə proses keçirilir. Rəqsanə xanım qəbul etmədiyi zərəri ödəməli deyil”,- deyə cavab verib.
Könül,
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ