Onlayn ictimai-siyasi qəzet
Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında yayımlanan bəzi futbol matçlarında qanunsuz mərc reklamlarının yer alması ilə bağlı aparılan istintaq çərçivəsində ilk dəfə hakim qarşısına çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı DHA agentliyi yayıb.
Acun Ilıcalı ifadə verməyə başlayarkən aylıq gəlirinin 5 milyon lirə (təxminən 213 min manat) olduğunu bəyan edib.
O özünü bu sözlərlə müdafiə edib:
"Aylardır bu işin içində olmağımın çaşqınlığını yaşayıram. Niyə burada olduğumu hələ də anlaya bilmirəm. 8-10 ildir ölkəmizdə yayımlanan futbol qarşılaşmalarında yayımlayıcının müdaxilə edə bilmədiyi görüntülərə görə məsul tutuluram. Bu reklamlara bizim heç bir müdaxilə imkanımız yoxdur. Altı-yeddi kanalda eyni oyunlar yayımlanır, amma yalnız biz buradayıq. İlk dəfədir bir ittihamla məhkəmə qarşısına çıxıram və bu, məni çox kədərləndirir. Burada olan bütün dostlarımdan da üzr istəyirəm, onların məsuliyyətini də öz üzərimə götürürəm. UEFA-ya texniki baxımdan müdaxilə etməyimiz mümkün deyil. Oranın federasiyası reklam alıb, biz sadəcə yayımçıyıq. Dünən UEFA-dan məktub aldıq - matç yayımlarının onların istəklərinə uyğun şəkildə aparılmalı olduğunu bildirdilər. Ən çox incidən isə odur ki, dünən axşam da eyni yayım oldu və yenə də biz buna müdaxilə edə bilmədik. Pul verib hüququnu almışıq, yayımlamışıq və indi buradayıq".
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ