Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.
Hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.
Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb./APA
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ