İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni “lomka”da qoyma” - Rəvan narkotiki hədiyyə verirmiş - TƏFƏRRÜAT

5 kiloqram heroinlə tutulan şəxsin cinayət işinin təfərrüatı məlum olub. O, narkotiki instaqram sosial şəbəkəsində tanış olduğu Seyid adlı şəxsdən alıb.

Musavat.com xəbər verir ki, Rəvan Səfərəliyev 5 il azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, R.Səfərəliyev narkotik vasitlərin satışı ilə məşğul olub. O, heroini iranlı Seyiddən alıb.

Səfərəliyev narkotik istifadəçisi olsa da narkotik satışı ilə məşğul olmadığını deyib. Amma istintaqda əməlini etiraf edib. Məhkəmədə deyib ki, təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadə verib.

İstintaq zamanı Rəvanın telefonuna baxış keçirilən zaman onun narkotik satdığı şəxslərlə yazışmaları aşkar edilib. Həmin yazışmalar sübut kimi qiymətləndirilib.

Mesajlardan bir neçəsi aşağıdakı kimidir:

- Yatmısansa, heç olmasa səhər tez oyan. Bugün kimi “lomka”da qoyma məni.

- “Brat”, mənə yığma. Pulu vur, çeki saxla. Özün də gəl akasiyanın yanına.

- Qardaşım, ağrıdayam tez gəl da nə olar.

- Qaqaş, alınırsa, gəlim 05 götürüm.

- Bu nə hərəkətdi edirsən? Səni “qrujonnu” gözdüyürəm. Yekə oğlansan. Ayıb deyil? Sözünün ağası ol.

Rəvan dindirilən zaman narkotiki ancaq özü kimi narkotik asılılığı olan şəxslərə verdiyini deyib. Bildirib ki, məqsədi onlara yaxşılıq etmək olub. O, tanışlarına narkotiki pay olaraq verdiyini bildirib.

Məhkəmə onun bu ifadəsini də narkotik vasitənin satışı kimi dəyərləndirib. Rəvan törətdiyi əməldə təqsirli bilinərək cəzalandırılıb.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR