Onlayn ictimai-siyasi qəzet
“Menisk diz oynağında hərəkətlərin stabilliyini təmin edən çox vacib bir quruluşdur. O, hərəkət zamanı oynaq səthlərini qoruyur və yükü bərabər paylayır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, adətən idman zamanı və ya dizin burulması ilə baş verən zədələrdə meniskin yırtılması müşahidə olunur:
“Əlamətlər arasında dizdə ani ağrı, hərəkət zamanı ilişmə hissi, səs gəlməsi, bəzən də dizin tam açılıb-bükülə bilməməsi olur. Həkimlər öncə fiziki testlərlə vəziyyəti qiymətləndiririk. Lakin dəqiq diaqnoz üçün MRT maqnit-rezonans tomoqrafiyası ən ideal üsuldur. Bəzən isə diaqnozla yanaşı müalicə məqsədilə artroskopik müdaxilə aparılır. Bu minimal invaziv metodla həm diaqnoz qoymaq, həm də zədələnmiş hissəni təmir etmək mümkündür”.
Baş həkim qeyd edib ki, bu simptomlar olduğu təqdirdə sadəcə ağrıkəsici ilə keçib getməsini gözləmək düzgün deyil:
“Menisk zədəsi müalicə olunmadıqda, dizdə daimi problemlərə səbəb ola bilər.
İdmanla məşğul olanlar, ağır fiziki iş görənlər və ya dizində əvvəldən problemi olanlar bu əlamətləri xüsusilə diqqətlə izləməlidirlər”.
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ