Onlayn ictimai-siyasi qəzet
Müğənni Mərdan Kazımov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində çıxış edib.
Musavat.com xəbər verir ki, Gimnastika Arenasında təşkil olunan tədbirdə özəl qonaq olaraq müğənni Mərdan Kazımov da yer alıb.
O, dünya çempionatı üçün özəl lentə aldırdığı “Zəfər meydanı” mahnısını təqdim edib.
“Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində sırf bu yarışa özəl milli komandamıza həsr etdiyimiz “Zəfər Meydanı” adlı mahnımızla performans göstərdik. Şükürlər olsun ki, dünya çempionluğu bizə qismət oldu”, - deyə ifaçı bildirib.
O, “Gəl, ey səhər” mahnısını da ifa edib. Onun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb.
Könül,
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ