İnsanlara hürriyət, millətlərə istiqlal!

Mers Almaniyada milli fövqəladə vəziyyət elan edəcək

Almaniyanın yeni kansleri Fridrix Mers miqrasiya problemi ilə bağlı milli fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, məlumatı “Die Welt” qəzeti öz mənbələrinə istinadən yayıb. Bildirilir ki, bu addım alman hakimiyyətinə sığınacaq axtaranların ölkəyə girişinin qarşısını almağa imkan verəcək.

Mənbələrin dediyinə görə, Almaniya Daxili İşlər Nazirliyi hazırda Almaniyaya qonşu olan ölkələrin səfirlərini bu addımla bağlı məlumatlandırır. Fövqəladə vəziyyətin elan edilməsi səlahiyyətlilərə milli qərarları Aİ tədbirlərindən üstün tutmağa imkan verəcək.

Bu addımın əsası Almaniya Daxili İşlər Nazirliyinin əmri olub. Mayın 7-də Almaniyanın yeni daxili işlər naziri Aleksandr Dobrindt sığınacaq axtaranların ölkəyə daxil olmasına icazə verən əvvəlki kabinetin 2015-ci il sərəncamını ləğv edib. Artıq digər Aİ ölkələrində sığınacaq üçün ərizə təqdim edən şəxslər Almaniya sərhədlərindən geri qaytarılacaq. Lakin bu, hamilə qadınlara, uşaqlara və digər həssas qruplara şamil edilməməlidir. Eyni zamanda, Almaniya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ştatın sərhədlərində yoxlama aparan federal polis əməkdaşlarının sayının artırıldığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR