İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor okeanda boğuldu

Amerikalı aktyor Malkolm-Camal Uorner 54 yaşında həyatını itirib.

Musavat.com xəbər verir ki, “Cosby ailesi” serialında canlandırdığı “Theodore (Theo) Huxtable” obrazı ilə yadda qalan aktyor Kosta-Rikada ailəsi ilə birgə tətil zamanı okeanda boğularaq ölüb.

İlkin məlumata görə, bazar günü günorta saatlarında üzmək üçün okeana girən aktyor gözlənilməz axın səbəbilə nəzarətdən çıxaraq boğulub. Hadisə yerində olan insanlar onu sudan çıxarıb və dərhal ilkin yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Malkolm-Camal Uorner kimdir?

1970-ci ildə Nyu-Cersidə dünyaya gələn Malkolm-Camal Uorner aktyorluğa uşaq yaşlarında başlayıb. O, 1984–1992-ci illərdə yayımlanan “The Cosby Show” serialındakı “Theo Huxtable” rolu ilə böyük şöhrət qazanıb və bu obrazla 1986-cı ildə Emmy mükafatına namizəd göstərilib.

2012-ci ildə “Reed Between the Lines” serialındakı performansına görə NAACP tərəfindən “Ən Yaxşı Komediya Aktyoru” mükafatına layiq görülüb. Warner həmçinin “A Different World”, “Jeremiah”, “Sons of Anarchy”, “Suits” kimi məşhur layihələrdə də rol alıb və 1986-cı ildə “Saturday Night Live” proqramına aparıcılıq edib.

Şəxsi həyatını gizli saxlamağa üstünlük verən aktyor bir müddət əvvəl qatıldığı bir verilişdə 2017-ci ildən evli olduğunu və 8 yaşında bir qız övladı olduğunu açıqlamışdı.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR