İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fenomen təyyarədəki açıq-saçıq geyimi ilə gündəm oldu – VİDEO

Florida ştatında yaşayan model və sosial media fenomeni Anabel Akosta səyahət zamanı geyindiyi cəsarətli libası ilə həm təyyarədəki sərnişinləri, həm də sosial media izləyicilərini təəccübləndirib.

Musavat.com xəbər verir ki, Akostanın uçuş zamanı lentə alınan görüntülərində onun şəffaf və açıq-saçıq üst geyimi ilə gəzdiyi əks olunub.

Geyiminin arxa hissəsi demək olar ki, tamamilə açıq olan modelin bu görüntüləri sosial şəbəkələrdə 131 milyondan çox baxış toplayıb. 600 minə yaxın şərh yazılan paylaşıma münasibətlər isə birmənalı olmayıb.

“Sizcə mən hara uçuram?” başlığı ilə paylaşılan video Anabel Akostanı qlobal trendə çevirib. 1,7 milyon izləyicisi olan model bu görüntü ilə gündəmə damğa vurub.

Bununla belə, bir çox istifadəçi onun sadəcə diqqət cəlb etmək istədiyini iddia edib. Anabel Akosta hələlik bu mübahisəli paylaşıma rəsmi cavab verməyib.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

Genç modelin uçakta giydiği kıyafet olay oldu! 'Bu halde uçağa nasıl bindin?'

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR