İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iranlı din xadimi bu sözlərinə görə HƏBS OLUNUB - VİDEO

Xəbər verdiyimiz kimi, iranlı din xadimi və “Məhfel” televiziya proqramının jürisi Qulamrza Qasemian Həcc mərasimlərini yerinə yetirərkən Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, İran ruhanisinin həbs edilməsindən sonra sosial şəbəkələrdə onun Səudiyyə Ərəbistanındakı vəziyyəti tənqid etdiyi videosu paylaşılıb.

Belə ki, Mədinədəki Peyğəmbər Məscidinin qarşısında dayanan Qasimiyan Səudiyyə Ərəbistanı hakimiyyətini hədəfə alaraq deyib: “Bundan sonra əylənmək məqsədilə Antalyaya getmək istəyənlər Məkkə və Mədinəyə səfər edə bilərlər, çünki qibləni qəsb edib ondan pul qazananlar bunun üçün hər cür şərait yaradıblar. Burada qumarxanalar, əxlaqsızlıq yuvaları, bayağı konsertlər – hamısı hazırdır”.

Daha sonra, o, İran-Səudiyyə münasibətlərinə toxunaraq, diplomatik əlaqələrə aldanmamaları üçün həmvətənlərinə çağırış edib. 

@@TVmusavat/115937@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR