İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur restoranda DAVA: Bahalı içkilər dağıdıldı - 8 minlik ziyan

Nizami rayonunda yerləşən məşhur "Rich Life" restoranında dava salan, restorana 8 min manata yaxın ziyan vuran, iki nəfərə də xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 23 yaşlı İntiqam tanışı Vəfa adlı xanımın “Rich Life” adlı restoranına gəlib.

Məqsəd ad günü məclisində iştirak etmək olub. İntiqam masalardan birində əyləşərək spirtli içki qəbul etməyə başlayıb.

Hadisə vaxtı həddən artıq içki içən İntiqam yanında olan xanımla mübahisə etməyə, səs-küy salmağa başlayıb. Restoran əməkdaşları ona bir neçə dəfə xəbərdarlıq edərək digər müştərilərin narazılıq etdiyini xatırladıblar.

İbrahim restoranın birinci mərtəbəsinə enən zaman orada saxlanc yerindəki televizorları, bahalı içkiləri, elektronik avadanlıqları dağıdıb. Bununla da restorana 7500 manat zərərə vurub. Restoranın qarşısında dayanmış avtomobilə də təpiklə vuraraq 200 manatlıq ziyan vurub.

Dindirilmə zamanı İbrahim deyib ki, sərxoş olduğu üçün baş verənləri xatırlaya bilmir. O, hadisədən sonra polis bölməsində özünə gəldiyini deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, qarşı tərəf İbrahimdən şikayətçi deyil. Həbsdə olan İbrahim barəsində 2 il azadlığın məhdudlaşdırlması cəzası təyin edilib. Barəsində seçilmiş həs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR