İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından sellofan çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə oxu.az-a şikayət daxil olub.

Şikayətçi R.Axundovun sözlərinə görə, mütəmadi istifadə etdiyi kərə yağında sözügedən mənzərə ilə qarşılaşıb:

"22 aprel tarixində 30 ədəd 500 qramlıq yağ almışdım. Kərə yağlarını yavaş-yavaş istifadə edirdim. Qiyməti digər yağlardan baha olsa da, keyfiyyətinə güvənirdim. Sonuncu dəfə dörd gün öncə istifadə edəndə yağın ortasında nazik sellofan olduğunu gördüm. Əgər onu kəsmədən əridib yesəydim, sellofan yağa qarışacaqdı. Bu, insan sağlamlığı üçün təhlükədir. Şirkət nümayəndələri ilə əlaqə saxladım. Yalnız "bağışlayın" deyib məsələni ört-basdır etməyə çalışdılar. Məhsulun qiyməti 25-26 manat dəyərindədir. Geniş araşdırma aparılmasını tələb edirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR