Onlayn ictimai-siyasi qəzet
İltihab — bədənin zədələrə, infeksiyalara və toksinlərə qarşı təbii qoruyucu reaksiyasıdır. Lakin bu vəziyyət uzun müddət davam etdikdə və xroniki hal aldıqda, bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Məhz bu səbəbdən bədəndə xroniki iltihabın qarşısını almaq üçün sağlam yağların qida rasionuna daxil edilməsi mühüm rol oynayır.
Bu barədə Eatingwell məlumat yayıb.
Düzgün qidalanma ilə iltihabın qarşısını almaq və xroniki xəstəliklərin yaranma riskini azaltmaq mümkündür. İltihab üçün möcüzəvi təsirə malik tək bir qida olmasa da, balanslı və sağlam pəhriz buna əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Meyvə, tərəvəz, yağsız zülallar və dənli bitkilərlə zəngin bir pəhrizlə yanaşı, sağlam yağ mənbələridən də istifadə vacibdir. Bunlara fındıq, zeytun yağı və balıq daxildir.
1. Skumbriya
Skumbriya — omeqa-3 yağ turşuları olan EPA və DHA-nın zəngin mənbəyidir. Aparılan bir araşdırmada bu yağlı balığın daxil edildiyi pəhrizlərin 2-ci tip diabet və ürək-damar xəstəlikləri riski olan şəxslərdə iltihab səviyyəsinə təsiri öyrənilib. Nəticələrə əsasən, skumbriya kimi yağlı balıqların qəbulu plazmadakı C-reaktiv zülal səviyyəsini azaltmaqla iltihabın yaranmasını minimuma endirir.
85 qram skumbriya orqanizm üçün faydalı olan kalsium, D vitamini, A vitamini və kolinlə zəngindir.
2. Zeytun yağı
Pəhrizin əsas elementlərindən biri olan zeytun yağı tədqiqatçıların xüsusi maraq dairəsindədir. Bu yağ LDL (pis) xolesterinin səviyyəsini azaldaraq HDL (yaxşı) xolesterini artırmağa kömək edən yağlarla zəngindir.
Bir araşdırma göstərib ki, gündə yarım xörək qaşığından artıq zeytun yağından istifadə ürək xəstəlikləri riskini azalda bilər.
Zeytun yağının tərkibində həmçinin iltihabı azalda bilən birləşmə də mövcuddur.
3. Tünd şokolad
Xüsusi acı dadı ilə tanınan tünd şokolad flavonollar adlı antioksidantlarla zəngindir ki, bu maddələr iltihab əleyhinə təsir göstərir. Tərkibindəki oleik turşusu (təxminən 33%) həmçinin antiinflamatuar təsirə malikdir və müxtəlif orqanların — o cümlədən göz, dəri, ağciyər, həzm sistemi və qaraciyərin qorunmasına kömək edir.
Tünd şokolad immun sistemini dəstəkləməklə yanaşı, iltihab göstəricilərinin səviyyəsini aşağı sala bilir.
4. Avokado
Zeytun yağı kimi avokado da ürək sağlamlığını qoruyan yağlarla zəngindir.
Avokadonun tərkibində olan E vitamini də güclü antioksidantdır və iltihabın azalmasına kömək edə bilər.
5. Qoz
Tədqiqatçılar qozun iltihabın qarşısını almaqda, xolesterolu tənzimləməkdə və ürək sağlamlığını dəstəkləməkdə faydalı olduğunu vurğulayırlar.
Qoz omeqa-3 yağ turşuları ilə zəngindir. Tərkibindəki alfa-linolenik turşu (ALA) bitki əsaslı omeqa-3 mənbəyi olmaqla antiinflamatuar təsirə malikdir və sağlam qidalanma üçün dəyərli komponent sayılır./News24.az
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ