Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir.
Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova giriş nitqində Milli Məclis sədrinin rəhbərliyi ilə parlamentin nümayəndə heyətinin Özbəkistana səfərləri barədə danışıb, iki ölkənin parlamentlərinin əlaqələri, keçirilən Forum, digər tərdbirlər, görüşlər haqda geniş məlumat verib.
Bildirib ki, Forumun yekununda Bəyannamə qəbul olunub.
Sədr iki ölkə arasındakı münasibətlərin parlamentlər səviyyəsində də uğurla davam etdirildiyini məmnunluqla söyləyib. Azərbaycan Milli Məclisi və Özbəkistan Ali Sovetinin sədrləri arasında əməkdaşlıq haqqında sənədin imzalandığını da vurğulayıb və səfərin çox uğurla keçdiyini bildirib.
E.Paşasoy,
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ