İnsanlara hürriyət, millətlərə istiqlal!

Miras üstündə bir oğlunu ÖLDÜRDÜ, digərini yaraladı - ŞOK GÖRÜNTÜ

Adanada miras davası qanla başa çatıb. Ata mübahisə zəminində iki oğlunu əvvəlcə döyüb, sonra isə onlara silahla atəş açıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, açılan atəş nəticəsində onun oğlundan biri həlak olub, digəri isə ağır yaralanıb. Ata həbs edilib. Dəhşətli anların görüntüləri və təhdid mesajları da ortaya çıxıb.

Dəhşətli hadisə iyulun 24-də, yerli vaxtla saat 20:00 radələrində Seyhan rayonunun Gölbaşı məhəlləsində baş verib. Erol Köse oğulları Nihat və Məsut Köse ilə miras üstündə küçədə mübahisə edib. Qısa müddətdə davaya çevrilən hadisədə Köse digər oğlu Murat Köse ilə birlikdə Nihat və Məsut Kösəni dəyənəklə döyüb.

Ətrafdakıların müdaxilə etməyə çalışdığı dava zamanı Erol Köse evdən gətirdiyi ov tüfəngi ilə oğullarına atəş açıb.

Qarınlarından yaralanan Nihat və Məsut Köse qan içində yerə yıxılıb, ata və digər oğlu qaçıblar.

Qonşular yaralı qardaşları yüngül ticarət maşını ilə xəstəxanaya aparıblar. Nihat Kösenin vəfat etdiyi müəyyən edilib. Vəziyyəti ağır olan Məsut Köse isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR