Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN rəhbəri Hakan Fidanla Yeni il öncəsi telefon danışığının təfərrüatlarını açıqlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
Mirzoyanın sözlərinə görə, tərəflər bir-birlərinə təbrik və arzularını çatdırıb, həmçinin dünyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivlərindən danışan Mirzoyan qeyd edib ki, Türkiyə tərəfi məsələni Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına bağlayır.
Erməni nazirin fikrincə, Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla da eyni prosesi asanlaşdıracaq. Amma dialoq həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində davam etməlidir.
Musavat.com
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ