İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva İrəvandan “Rusiya əleyhinə fonun” neytrallaşdırılmasını tələb edir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin səfirlə görüşdə Ermənistan mediasında və ictimai rəyində Rusiya əleyhinə “qeyri-konstruktiv informasiya fonu”nun yaranmasından narahatlığını ifadə edib və bu fonun neytrallaşdırılması çağırışı edib: “Görüş zamanı ikitərəfli və regional gündəmin bir sıra məsələləri müzakirə olunub. Gələcək Rusiya-Ermənistan təmaslarının qrafiki dəqiqləşdirilib. Eyni zamanda Ermənistanda Rusiya və ikitərəfli əlaqələr ətrafında konstruktiv informasiya fonunun qorunmasının zəruriliyi diqqətə çatdırılıb".

Məlumatda həmçinin qeyd olunur ki, bu kontekstdə Rusiya tərəfi Ermənistanla profil qurumlar arasında növbəti məsləhətləşmə raundunun keçirilməsini təklif edib.

Rusiya ilə Ermənistan arasında gərginlik son aylarda artmaqda davam edir. Ermənistanın Qərblə yaxınlaşması və Rusiyadan diplomatik məsafə saxlaması Kremldə narazılıq doğurub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR