İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad” Ukraynanın dron hücumunu dönüş nöqtəsi adlandırdı

İsrailin milli kəşfiyyat xidməti “Mossad” Ukraynanın Rusiya aerodromlarına son dron hücumuna münasibət bildirib.

Musavat.com xəbər verir ki, xidmətin rəsmi sosial media hesabında yayımlanan açıqlamada bu hücum “pilotsuz müharibə dövrünün başlanğıcı” kimi dəyərləndirilib.

“Mossad”ın paylaşımında qeyd olunub: “Bəziləri deyirdi ki, Ukraynanın əlində heç bir kart yoxdur. Zelenski sübut etdi ki, bu, belə deyil”.

Qeyd edək ki, Ukrayna son günlərdə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə strateji aerodroma dron hücumu həyata keçirərək onlarla hərbi təyyarəni sıradan çıxarıb. Bu hadisə beynəlxalq miqyasda geniş rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR