İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmada hərbi vəziyyət ləğv edilib – seçki olacaq

Dörd il yarımdan sonra Myanmada hərbi vəziyyət ləğv edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, hakimiyyətin daha əvvəl elan etdiyi seçkilərin keçirilməsi istiqamətində atılan addımdır.

“Kyodo” xəbər agentliyi ordu sözçüsü Zav Min Tunun bəyanatına istinadla qeyd edib ki, ölkə tezliklə çoxpartiyalı sistemə keçməlidir.

Hərbi vəziyyətin ləğvi ümumi seçkilərə yol açır. Onlar qarşıdakı aylara planlaşdırılıb, lakin dəqiq tarixlər hələ açıqlanmayıb.

2021-ci ildə hərbçilər çevriliş edərək Aun San Su Kyi hökumətini devirərək hakimiyyəti ələ keçiriblər. Bu, silahlı müqavimətə çevrilən kütləvi etirazlara səbəb oldu. Münaqişə hələ də davam edir və ölkənin müxtəlif bölgələrinə təsir edir.

2020-ci il seçkilərində qalib gələn Su Kyinin partiyası olan Demokratiya Uğrunda Milli Liqa 2023-cü ildə ləğv edilib. Qərarı ordunun təyin etdiyi seçki komissiyası verib. Aun San Su Kyi özü həbsdədir.

Bu gün ölkəni general Min Aun Hlayn idarə edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR