İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk

NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.

Musavat.com xəbər verir ki, bunu NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.

“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.

Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil qərargahında H. Hacıyevlə R.Şekerinska arasında görüş olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR