Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.
ŞƏRHLƏRŞƏRH YAZ