Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən II beynəlxalq “Yerevan Dialoqu” forumunda qəribə bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, nazir Ermənistan-Türkiyə münasibətlərində mümkün irəliləyişin Bakı-İrəvan əlaqələrinə birbaşa təsirindən danışıb.
“Əgər biz Türkiyə ilə münasibətlərdə dönüş əldə edə bilsək, bu dönüş, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ciddi və müsbət təsir göstərəcək”, – deyə Mirzoyan bildirib.
Erməni diplomatiyasının rəhbəri bu istiqamətdə mühüm bir mərhələyə çatdıqlarını da qeyd edib:
“Artıq elə bir nöqtədəyik ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və kommunikasiya probleminin həlli arasında yeganə maneə – danışıqlar və dialoqun natamam vəziyyətidir.”
Mirzoyan, eyni zamanda, Ermənistan və region üçün bu münasibətlərin tam bərpasının uzunmüddətli zaman alacağını istisna etməyib:
“Düşünürəm ki, bu proses bir, iki, ya beş il yox, bəlkə də bir nəsil dəyişməsini tələb edəcək. Ən azından bizim bölgə üçün bu belədir. Lakin həm Azərbaycanla, həm də Türkiyə ilə dialoq və əməkdaşlıq potensialı mövcuddur və bu gün biz bu imkana çox, çox yaxınlaşmışıq.”
Musavat.com xatırladır ki, bu cür bəyanatlar, xüsusən də Ermənistanda revanşist çağırışların artdığı və “artsax” separatçılarının yenidən fəallaşdığı bir vaxtda verilir. Mirzoyanın sülh ritorikası həm daxili, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilir.
Eyni zamanda burada xəbis bir xətt də seçilir: Ermənistan hökuməti normallaşma prosesində Türkiyə və Azərbaycanı ayırmaq, münasibətləri sıralı həll etmək, "öncə Türkiyə, sonraslna baxarıq", taktikası yürütmək istəyir. Hətta Azərbaycanla sülh müqaviləsi imzalamadan Türkiyə ilə sərhədləri açmaq çabası iki ildən çoxdur davam edir. Ermənistanın xarici havadarları da bu taktikanı dəstəkləyirlər. Lakin Azərbaycan və Türkiyənin məsələyə yanaşması bəllidir: öncə Azərbaycanın şərtlərini yerinə yetor, sülh müqaviləsi imzala, sonra Türkiyə ilə normallaşma prosesi başlaya bilər.
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ