Onlayn ictimai-siyasi qəzet
“Sea Breeze Health Valley” layihəsinə tam dəstək verməyə hazırıq”.
Musavat.com xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
““Sea Breeze Health Valley” qanunvericilikdə xüsusi yanaşma və normativ bazanın tətbiq edilə biləcəyi unikal bir təşəbbüsdür. Əks halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik olaraq, layihəni dəstəkləmək üçün xüsusi uyğunlaşdırılmış normativ yanaşma qəbul etməyə tam hazırıq”, - deyə Teymur Musayev əlavə edib.
Teymur Musayev vurğulayıb ki, bu yanaşma layihənin sürətli və uğurlu həyata keçirilməsini təmin edəcək: “Nazirlik maraqlı tərəflərdən ibarət təşəbbüs qrupuna rəhbərlik edərək layihəyə tam dəstəyini bir daha təsdiqləyir”.
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ