İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti 60 dollara düşərsə... - Deputatdan önəmli açıqlama

“Neftin dünya bazarlarında qiyməti son 1 həftə ərzində təxminən 16% enərək bir barel üçün 61 dollara düşüb. Beynəlxalq analitiklərin proqnozlarına görə, əgər Tramp tarifləri azaldarsa, dünya iqtisadiyyatı resessiyadan yan keçərsə o zaman neftin qiyməti 2025-ci ildə 62 dollara bərabər ola bilər. Əks halda 2025-ci ilin sonuna kimi neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib.

TAHİR.jpg (82 KB)

Deputat vurğulayıb ki, 2025-ci il Azərbaycan dövlət büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin baza ssenarisi üçün 70 dollar səviyyəsində aparılıb:

“Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən pessimist ssenari, yəni neftin qiymətinin 60 dollara düşəcəyi halda bunun dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsiri də təqdim edilib. Belə ki, qiymətin 60 dollara düşməsi dövlət büdcəsi gəlirlərini 340 milyon manat, Dövlət Neft Fondu gəlirlərini isə 2.1 milyard manat azalda bilər. Göründüyü kimi, qiymətin 10 dollar düşməsinin dövlət büdcəsi gəlirlərinə azaldıcı təsiri cəmi 0.8%, Dövlət Neft Fondu büdcəsinin gəlirlərinə isə azaldıcı təsiri daha çox, 14.5% ola bilər”.

Tahir Mirkişilinin sözlərinə əsasən, bu ilin 1-ci rübünün dövlət büdcəsinin icra göstəriciləri göstərir ki, hazırda dövlət büdcəsində 1.6 milyard manatlıq profisit var:

“Verilən proqnozlar əsasında hazırda dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR