Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın ölkəsinin Ermənistanla Azərbaycan arasında danışıqları irəli aparmağa kömək etmək üçün İrəvanla Bakı arasındakı nəqliyyat dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər.
Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin deyib.
Zatulin bəyan edib ki, Amerika səfirinin sözlərinin arxasında bugünkü Ermənistan və Azərbaycan rəhbərliyinin bu varianta razılığı dayanır:
“Bu, çox real perspektivdir. Son vaxtlar Rusiya-Ermənistan, eləcə də Rusiya-Azərbaycan münasibətlərində baş verən bütün kəskinləşmələr məhz bununla bağlıdır, Moskvadan Zəngəzur dəhlizi ilə bağlı sorğu olmaması üçün Azərbaycan və Ermənistan gərginliyi süni şəkildə yaradıb”.
O qeyd edib ki, əvvəllər belə bir dəhliz yaradılacağı təqdirdə ona Rusiya qoşunlarının və ya Rusiya nümayəndələrinin nəzarət edəcəyi deyilirdi:
“İndi bundan nə Ermənistanda, nə də Azərbaycanda heç kim narahat deyil. Onlar üçün vacibdir ki, regionun yeni sahibləri gəlib bu nəzarəti həyata keçirsinlər. Ona görə də qəsdən elə bir vəziyyət yaranıb ki, münasibətlərin soyuması səbəbindən bu məsələ barədə Rusiyadan sorğu almaq deyil, amerikalılarla danışıqlar aparmaq rahat olsun. ABŞ-ın Türkiyədəki səfiri əslində razılaşdırılanları deyib”.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Azər Həsrətdir.
Müzakirədə tamaşaçılarmız da iştirak edə bilər.
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ