İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: "Qəzzada müvəqqəti atəşkəsə hazırıq, amma..."

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında girovların azad olunması naminə müvəqqəti atəşkəsə razı ola biləcəyini bəyan edib. Onun sözlərinə görə, İsrail yalnız təhlükəsizliyini təmin edən və uzunmüddətli sülhə zəmin yaradan şərtlərlə müharibəni dayandırmağa hazırdır.

Musavat.com xəbər verir ki, Netanyahu qeyd edib ki, belə bir razılaşmanın mümkün olması üçün HƏMAS silahı yerə qoymalı, bütün israilli girovlar azad edilməli və Qəzza tam şəkildə demilitarizasiya olunmalıdır. Baş nazir həmçinin Tramp administrasiyasının Yaxın Şərq planının icrasını bu prosesin ayrılmaz hissəsi kimi dəyərləndirib.

O, çıxışı zamanı ABŞ-ın hazırkı administrasiyasını da tənqid edərək bildirib ki, Bayden hökuməti İsrailə silah ixracına məhdudiyyətlər tətbiq etməklə Təl-Əvivin Qəzzada “tam qələbə” qazanmasına mane olub. Netanyahu bu məhdudiyyətləri İsrailin hərbi imkanlarına ciddi zərbə kimi qiymətləndirib.

İsrail lideri onu da vurğulayıb ki, “Gideonun Arabaları” adlı hərbi əməliyyat başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağının bütün hissələrinə nəzarəti ələ alacaq. Bununla yanaşı, Netanyahu bölgədə humanitar böhranın qarşısının alınmasının vacibliyini qeyd edib və bunun İsrailin Qəzzada sərbəst hərəkət etməsi üçün zəruri olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR