İnsanlara hürriyət, millətlərə istiqlal!

NTV: Çin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına mane olur

Türkiyənin NTV telekanalının məlumatına görə, Çin hökuməti Ukraynanın dron istehsalını zəiflətmək məqsədilə elektron komponentlərin ixracına məhdudiyyətlər qoyub.

Musavat.com-un məlumatına görə  bildirilir ki, Pekin Baltik ölkələri və Polşa kimi Ukraynanın müttəfiqləri vasitəsilə elektron detalların ötürülməsinin qarşısını alır.

“Hazırda Çin bu ölkələrə komponent ixracını qadağan edir, çünki onlar bilirlər ki, bu hissələr sonda Ukraynaya gedəcək,” – deyə “Iron” şirkətinin həmtəsisçisi Lomikovski bildirib.

NTV-nin məlumatına görə, Pekin bu addımı Ukraynanın dron istehsalını zəiflətmək və Rusiyaya qarşı hərbi üstünlüyünü azaltmaq üçün atır.

Məhdudiyyətlər səbəbindən Ukrayna dron hissələrini dolayı yollarla – Avropadakı istehsal güclərinə malik Amerika şirkətləri vasitəsilə əldə etməyə çalışır ki, bu da istehsal xərclərini ciddi şəkildə artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR