İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ: Moskvanı xəritədən siləcəyik...

Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı Avropa şəhərlərinə mümkün raket zərbəsinə görə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, bu barədə o, Belçikanın “De Morgen” nəşrinə müsahibəsində bildirib.

“Əgər prezident Vladimir Putin Brüsselə raket atsa, bu, NATO-nun düz ürəyinə endirilmiş zərbə olacaq. O zaman biz Moskvanı yer üzündən siləcəyik”, - deyə nazir qeyd edib.

Bununla belə, o, Rusiya prezidentinin belə bir addım atmağa cəsarət etməyəcəyinə əmin olduğunu vurğulayıb.

Qərb kəşfiyyat qurumları daha əvvəl dəfələrlə xəbərdarlıq etmişdilər ki, Kreml yaxın illərdə NATO ölkələrindən birinə və ya bir neçəsinə hücum etməyi planlaşdıra bilər.

Frankenin sözlərinə görə, Rusiya tərəfindən genişmiqyaslı işğal ehtimalı azdır, lakin “boz zona” ssenarisi reallaşa bilər. Onun fikrincə, bu halda “yaşıl adamlar” (yəni Rusiya xüsusi qüvvələrinin anonim döyüşçüləri - red.) Estoniyadakı rusdilli azlıqları “nasist rejimə qarşı” qaldırmağa çalışa bilər.

“Başınızı qaldırıb baxmağa macal tapmadan onlar artıq Estoniyanın bir hissəsini ilhaq etmiş olacaqlar”, - deyə Belçikanın müdafiə naziri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR