İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin hamını aldatdı” - QALMAQAL

Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev “The Washington Post” qəzetini “etibarsız sitat” dərc etdiyinə görə məhkəməyə vermək niyyətində olduğunu bildirib.

Musavat.com xəbər verir ki, buna səbəb qəzetin oktyabrın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığına həsr olunmuş məqalə dərc etməsi olub.

Orada Dmitriyevə belə bir ifadə aid edilmişdi:

“Ukrayna prezidenti Volodimir Zelenskinin səfərinin yekununu bir cümlə ilə ifadə etsək - Putin hamını yenə də aldatdı”.

Qəzet bu sözlərin Kirill Dmitriyevin “Pül №3” adlı teleqram kanalındakı paylaşımından götürüldüyünü yazıb. Lakin Dmitriyev açıqlamasında qeyd edib ki, bu, onun şəxsi fikri deyil, sadəcə həmin kanaldakı yazını paylaşıb.

O, baş verəni ““The Washington Post” kimi saxta xəbər yayan nəşrlərin növbəti dəfə həqiqəti təhrif etməsinin göstəricisi” adlandırıb.

Rusiya rəsmisi qəzetdən sitatı düzəltməyi, rəsmi üzr istəməyi və məsələ ilə bağlı daxili araşdırma aparmağı tələb edib. Lakin demək olar ki, iki həftə keçməsinə baxmayaraq, qəzet bu tələbi yerinə yetirməyib.

“Biz məhkəməyə müraciət edəcəyik. Onlara kifayət qədər vaxt verdik”, - deyə Dmitriyev 29 oktyabrda X sosial şəbəkəsində yazıb.

Hadisədən sonra “The Washington Post” materialda kiçik bir düzəliş etdiyini açıqlayıb. Lakin Dmitriyev bununla razılaşmayaraq növbəti çap buraxılışında rəsmi şəkildə düzəlişin dərc olunmasını və üzr istənilməsini tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR