Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edərək, İran ərazisinə endirilən zərbələr və qarşıda mümkün hərbi eskalasiyalar barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Netanyahu çıxışında İranın nüvə proqramında iştirak edən əsas komandir və alimlərin hədəf alındığını bildirib.
“Biz İranın əsas nüvə komandirlərinə və alimlərinə zərbələr endirdik. Bu, İsrailin təhlükəsizliyini təmin etmək üçün atılmış zəruri addımdır. İndi isə bütün israillilər Fövqəladə Hallar Komandanlığının göstərişlərinə maksimum diqqətlə əməl etməlidir,” – deyə Netanyahu bildirib.
Baş nazir vətəndaşlara uzun müddət sığınacaqlarda qalmağa hazır olmalarını tövsiyə edib:
“Yüksək ehtimal var ki, siz uzun müddət sığınacaqlarda qalmalı olacaqsınız. Əminəm ki, siz artıq özünüzü ərzaq, geyim və digər zəruri ləvazimatlarla təmin etmisiniz”.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ