Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının rəhbərliyi ilə mühüm danışıqlar üçün bu gün Brüsselə səfər edib.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində Paşinyanın Avropa İttifaqı Şurasının yeni prezidenti Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşü keçiriləcək.
Bundan əlavə, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Belçikanın baş naziri Bart de Veverlə də ayrıca danışıqlar planlaşdırılıb.
Analitiklər bu səfəri Ermənistan-Aİ münasibətləri baxımından kritik dönüş nöqtəsi kimi qiymətləndirir, xüsusilə də bölgədə gedən geosiyasi dəyişikliklər fonunda. Görüşlərin əsas mövzularından birinin Aİ-Ermənistan münasibətlərinin gələcəyi və regionda təhlükəsizlik məsələləri olacağı gözlənilir.
Musavat.com
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ