Onlayn ictimai-siyasi qəzet
Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollarını ayıran “Sumqayıt” daha bir futbolçu ilə vidalaşmağa hazırlaşır.
Futbolpress.az-ın məlumatına görə, “kimyaçılar” müdafiəçi Alan Diasla da yollarını ayıracaq. Futbolçu ilə müddəti başa çatan müqavilə uzadılmayacaq.
Dias 2024/25 mövsümündə Premyer Liqada 16 oyuna çıxıb. O, ötən ilin avqustundan “kimyaçılar”da çıxış edirdi.
“Sumqayıt” Premyer Liqada mövsümü 33 xalla 8-ci sırada başa vurub.
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ