İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda DƏHŞƏT: 27 yaşlı gənc qətliam törətdi - VİDEO

ABŞ-ın Nyu-York şəhərində, Manhettendə yerləşən göydələndə atışma olub.

Musavat.com xəbər verir ki, hadisəni törədən şəxs məktub qoyub.

"New York Post" qəzetinin məlumatına görə, cinayəti törədən şəxs məktubda məktəb illərində amerika futbolu oynadığını qeyd edib. O, bu idman növündə aldığı xəsarətlər səbəbilə xroniki ensefalopatiyadan əziyyət çəkdiyini iddia edib.

Şəxs 44 mərtəbəli binada atəş açıb. Həmin binada ABŞ Milli Futbol Liqasının (NFL) baş qərargahı da yerləşir.

Nyu-York polis idarəsinin komissarı Jessica Tiş brifinq zamanı bildirib ki, atəş açan şəxs Las-Veqasdan olan 27 yaşlı Şeyn Tamura olub. Onun psixi problemləri olduğu deyilir.

Komissarın sözlərinə görə, Tamura binanın lobbisində atəş açmağa başlayıb. Daha sonra liftlə 33-cü mərtəbəyə qalxaraq atəşi davam etdirib. Sonda isə özünü öldürüb.

Nyu-York meri Erik Adams bildirib ki, hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər həlak olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR