Onlayn ictimai-siyasi qəzet
Bu gün gündüz saatlarında Rusiya qoşunları Odessanın liman infrastrukturuna kasetli ballistik raketlə zərbə endirib.
Musavat.com xəbər verir ki, Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperin telemarafon efirində verdiyi məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Onun sözlərinə görə, yaralananlar arasında yük maşınının sürücüsü də var, həlak olmuş digər şəxsin şəxsiyyəti isə hazırda müəyyənləşdirilir. Yaralıların hamısına tibbi yardım göstərilir.
Hazırda hadisə yerində xilasetmə və istintaq tədbirləri davam etdirilir.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ