İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oğluma dedim ki, o qızı bədbəxt etmə” - Nadir Qafarzadə

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub".

Bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib. Sənətçi oğullarının ailə qurmasından danışıb:

"Biz ad xatirinə, kiməsə acıq vermək şərti ilə ailə qurmamalıyıq. İnsan ailə qurmağa hazır olmalıdır. Bu, oyun deyil. Qadın və kişinin kaprizinə görə uşaqlar travma alırlar. Oğlan və ya qız ailə qurmağa hazır deyilsə, kiminsə uşağını bədbəxt etməsin.

Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə. O qızı da bədbəxt etmə. O da bir ana-atanın övladıdır. Əziyyət çəkib övlad böyüdüb, oxudub. Əgər gedib sabah bütün abrımı əlimdən alacaqsansa, etmə. Qapıya gedəndə qıza dedim ki, ailə qurmağa hazırsan? Bir az ailə işinə ciddi yanaşaq"./Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR