Onlayn ictimai-siyasi qəzet
Monqolustanın baş naziri Luvsannamsrayn Oyun-Erdene oğlunun dəbdəbəli həyat tərzi ilə bağlı yaranmış qalmaqaldan sonra istefa verib.
Musavat.сom xəbər verir ki, qalmaqala səbəb oğlunun sevgilisinə aldığı bahalı hədiyyələrlə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar olub.
Etirazlar fonunda parlament baş nazirə etimadsızlıq səsi verib. Baş naziri deputatların yalnız 44 nəfəri dəstəkləyib. Halbuki bunun üçün minimum 64 səs tələb olunurdu.
Bu hadisə ölkədə siyasi sabitliyə təhdid yaradıb və Monqolustanın faydalı qazıntılar sektoruna Qərb sərmayələrini cəlb etmə kursunu sual altına alıb.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ